1 Aprel 2020 14:15
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yeni yaradılan Milli Hidrometeorologiya Xidmətinə rəhbər təyinatı olub.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Umayra Tağıyeva xidmətin rəhbəri təyin edilib.

Bu təyinata qədər o, Milli Hidrometeorologiya Departamentinin direktoru olub.

Umayra Tağıyeva 1990-cı ildən​ hidrometeorologiya sahəsində çalışır.


Müəllif: Aysel Azad