29 Sentyabr 2014 16:44
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Vyetnamdakı səfirliyin tərəfindən Hanoy şəhərində Vyetnam Elm və Texnologiya Assosiasiyaları Birliyinin Siyasət, Hüquq və İdarəçilik İnstitutu nəzdində təsis edilmiş Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Vyetnam hökuməti, parlamenti və digər rəsmi qurumlarının yüksək rütbəli üzvləri, ictimaiyyət nümayəndələri, Azərbaycanın ali təhsil müəssisələrini bitirmiş vyetnamlı məzunlar və ölkənin tanınmış KİV-lərinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin direktoru xanım Nqo Thi Kim Tu mərkəzin iki ölkə və xalq arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərəcəyini bildirib.

Səfir Anar İmanov Azərbaycan prezidenti cənab İlham Əliyevin bu ilin mayın 18-19-da Vyetnama tarixi səfərinin iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişafına təkan verdiyini vurğulayıb.

O, Hanoy şəhərində Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin təsis edilməsini əlamətdar hadisə kimi qiymətləndirib, mərkəzin Vyetnam xalqının Azərbaycan, onun tarixi və mədəniyyəti barədə məlumatlandırılmasında önəmli rol oynayacağına, iki ölkə arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyinə, həmçinin Azərbaycan və Vyetnam xalqları arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Tədbir Vyetnamın dövlət telekanalı “VTV-1”in xəbərlər bölümündə və digər mətbuat orqanlarında işıqlandırılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər