8 Aprel 2020 10:50
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Koronavirusun qan köçürülməsi ilə ötürülə biləcəyinə dair heç bir məlumat və ya sübut yoxdur".

Teleqraf.com xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, dünyada koronavirus da daxil olmaqla hər hansı bir tənəffüs virusuna qanla yoluxma hallarına rast gəlinməyib: "Koronavirusun qan komponentləri ilə yoluxduğu təsdiqlənməyib. Qan bankında ən son tövsiyələrə diqqət yetirilərək qan və qan komponentlərinin təhlükəsiz toplanması və tədarükü, bütün zəruri dəyişiklikləri yerinə yetirmək üçün ən son protokollar tətbiq edilir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər