8 Aprel 2020 18:17
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkimlərimizi, tibb işçilərimizi qorumalıyıq. Bizim tibbi işçiləri arasında koronavirusa yoluxma halları mövcuddur.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı deyib:

"Pandemiya xəstəxanasında cəmi bir hal qeydə alınıb. Tibb işçilərinin yoluxma halları digər xəstəxanalarda baş verib. Tibb işçilərinin özlərini qoruması üçün təlimatlar hazırlanıb. Lakin aralarında qaydalara riayət etməyənlər olur və belə hallar baş verir.

Dünya səhiyyəsi, inkişaf etmiş ölkələrlə müqayisədə ölkəmizdə belə hallar azdır. Bütün tibb müəssisələrimizin tibbi cihaz, avadanlıq və dərman vasitələri ilə təmin edilməsi davam edir"


Müəllif: Aysel Azad