30 Sentyabr 2014 17:49
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının Gömrük İdarəsinin rəhbəri, iqtisadiyyat və maliyyə işləri üzrə nazir müavini Məsud Kərbasiyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş zamanı qonağa Azərbaycan Respublikasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib.

Nazir Kəmaləddin Heydərov bildirib ki, son zamanlar Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələr iki ölkənin prezidentlərinin görüşlərindən sonra yeni impuls qazanıb:

“Bizim əsas vəzifəmiz dövlət başçılarının qarşıya qoyduqları məsələləri uğurla həyata keçirməkdir”.
Qonaq səmimi qəbula görə təşəkkürünü bildirib, iki dost və qonşu ölkənin müxtəlif dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini qeyd edib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

İlhamə


Müəllif:

Oxşar xəbərlər