Pandemiya dövründə gündəlik iqtisadiyyata 120-150 milyon zərər dəyir.
Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, dəyniş ziyanla bağlı hesablamalar davam edir: “Söhbət kifayət qədər böyük məbləğdən gedir. İqtisadiyyatın çoxşaxəli olduğunu və pandemiya dövrünün hələ də davam etdiyini nəzərə alsaq, bunun dəqiq rəqəmini deyə bilmərik. Amma təxmini hesablamalara görə, iqtisadiyyata gündəlik 120-150 milyon manat civarında zərər dəyir”.