27 Aprel 2020 12:43
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə koronavirus səbəbilə ölən xəstənin qohumları həkim Esra Ersöz Gənçə hücum edib. Onlar qadın həkimi oksigen balonu ilə qovmağa başlayıblar.

Teleqraf.com xəbər verir ki, hadisə Trabzon Qara Dəniz Texniki Universiteti Farabi Xəstəxanasında baş verib.

Təcili yardım şöbəsində işləyən həkim bu barədə sosial şəbəkə hesabında yazıb: "Səhər iş növbəsini təhvil aldığım zaman ağciyər xərçəngi xəstəsini mənə tapşırdılar. Xəstənin qohumlarına vəziyyət barədə məlumat verdim. Xəstənin ürəyi gün ərzində dəfələrlə dayandı, dərmansız nəfəs ala bilmirdi. Eyni zamanda ağciyəri çıxarıldığı üçün ağciyərlərinə boru qoyulmuşdu. Xəstənin ürəyi yenidən dayandı və onu xilas edə bilmədik".

Xəstənin yaxınları bundan sonra qapıları qırıb, içəri daxil olublar və oksigen balonunu götürərək həkimə hücum ediblər: "Məni necə xilas etdiklərini bilmirəm. Şokdayam. İndi o şəxs azadlıqdadır. Mən özümü güvəndə hiss etmirəm. Ailəmin yanına qayıda biləcəmmi? Qorxuram..."


Müəllif: Aysel Azad

Oxşar xəbərlər