29 Aprel 2020 12:08
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan, məsuliyyətsiz davranış sərgiləyən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin tələblərinin təmin olunması istiqamətində keçirilən tədbirlər zamanı rayonun Separadi kəndində hazırda istifadə olunmayan yarımçıq tikilidə domino oyunu təşkil edən 5 nəfər kənd sakini aşkar olunub.

Karantin rejimi qaydalarını pozan həmin şəxslər saxlanılaraq şöbəyə gətirilib. Hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq cərimə ediliblər.

***

10:42

Ölkə ərazisində xüsusi karantin rejiminin elan olunmasına baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına hələ də rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Qusar rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayonun Suvacal kəndi ərazisində yerləşən və hazırda istifadə olunmayan köhnə tikililərin birində yeddi nəfər kənd sakininin qumar oynadıqları aşkar olunub.

Karantin rejimi qaydalarını kobud şəkildə pozan həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilib.

Saxlanılan şəxslərin hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati qaydada tədbir görülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər