1 Oktyabr 2014 19:13
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ilin 1-4 oktyabr tarixində Özbəkistanın Səmərqənd şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 99-cu iclası keçiriləcək.

Teleqraf.com xəbər verir ki, İcraiyyə Şurasının iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

2013-cü ilin avqust ayında Zambiya və Zimbabvedə keçirilmiş BMÜTT Baş Assambleyasının 20-ci Sessiyasında Azərbaycan BMÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə qəbul olunub.

İcraiyyə Şurasının 99-cu iclası zamanı 2014-cü ildə beynəlxalq turizmin inkişafı və onun 2015-ci ildə inkişaf perspektivləri, 2014-2015-ci illər üzrə ümumi iş proqramının həyata keçirilməsi və 2016-2017-ci illər üzrə ümumi iş proqramının hazırlanması, BMÜTT-in BMT sistemində rolu, Dünya Turizm Günü 2014, işçı qruplarının hesabatları, təşkilatın İcraiyyə Şurasının 2015-ci il üçün sədr və sədr müavinin seçilməsi və s. məsələlər müzakirə olunacaq.

Tədbirdə nazir Əbülfəs Qarayevin Azərbaycanda turizm sahəsində həyata keçirilən tədbirlər və layihələr barədə çıxışı nəzərdə tutulur.

İlhamə


Müəllif:

Oxşar xəbərlər