Əvvəl üstünlük teledərslərə verilmişdi. Bu proses tədris ilinin sonuna qədər davam edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün baş tutan brifinqində deyib.
Nazir bildirib ki, teledərslər vasitəsilə dərslərin məzmunu çatdırılır. Buraya 1 milyon 600 mindən çox tədris iştirakçısından 900 mini qoşulub: "Məzmunun keyfiyyətinə dair ölçmələr həyata keçiriləcək. Növbəti aylar ərzində əlavə dəstək mexanizmləri təyin etmək üçün bu ölçmələr vacibdir".