7 May 2020 22:52
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda dəyişikliklər olub.

Teleqraf.com BakuPost-a istinadən xəbər verir ki, 2 şöbənin əsasında Təhlil və strateji planlaşdırma şöbəsi yaradılıb. Şöbəyə Sadiq Əliyev müdir təyin olunub.

Ümumi şöbənin bazasında isə Vətəndaşların qəbulu və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi yaradılıb. Həmin şöbələrin müdiri vəzifələrini Arif Əliyev və Günel Nəsibova icra edəcək.

Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinə isə Rəşad Dayıyev təyin edilib. O, bu vaxta qədər nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini olub.

Məlumatı nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov təsdiqləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər