Belarusun paytaxtı Minskdə olan 22 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilir.
Teleqraf.com xəbər verir ki, koronavirus pandemiyası səbəbindən ölkəyə qayıda bilməyən onlarla azərbaycanlı müxtəlif ölkələrdən Belarusa toplaşıb.
Onlar videomüraciət edərək göstərilən qayğıya və vətənə qayıtmalarının təşkilinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.