18 May 2020 17:49
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Komissiya yaradılıb, çimərliklərlə bağlı qaydalar hazırlanır.

Teleqraf.com xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:

"İlk olaraq sosial məsafə saxlanılmalıdır. Bəzi çimərliklərdə sıxlıq müşahidə olunması qaçılmazdır. Buna görə də, onlayn qeydiyyat sistemi yaradılacaq. Vətəndaş evdən çıxmazdan əvvəl qeydiyyatdan keçib, yer tutacaq. Bununla bağlı yaxın zamanda qaydalar tətbiq olunacaq".

O bildirib ki, böyük çimərliklərə nəzarətlə bağlı adminstrasiya yaradılıb və nəzarət olunacaq.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov əlavə edib ki, metodiki göstərişlər hazırlanıb və bu göstərişlər koronavirus.az saytında yerləşdirilib: "Buraya turizm və otelçilik, çimərlikdə davranış qaydaları, hansı standartların tətbiq olunması göstərilib. Həmin müəssisələrdə qaydalara nəzarət edən məsul şəxslər ayrılacaq. Eyniylə iaşə obyektlərində masalar arasında azı 2 metr, insanlar arasında azı 1 metr məsafə saxlanılması yazılı şəkildə asılacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər