Bütün sahələrin fəaliyyəti vacibdir və hər həftə yeni epidemioloji situasiyada hansı sahələrin fəaliyyətinin bərpa olunması müzakirə olunur.
Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib:
"Fərdi şəkildə repitetorluq fəaliyyətinə icazə verilir. Uşaqları qorumaq üçün mütəxəssislərin rəyi ilə qrup şəklində repitetorluq fəaliyyətinə icazə yoxdur. Lakin yaxın zamanlarda yumşalmanın olması mümkündür".
İbrahim Məmmədov deyib ki, koronavirusun mövcudluğuna inanmayan və karantin qaydalarına riayət etməyənlər azdır:
"Əksəriyyət intizamlı davranaraq xüsusi karantin rejimi qaydalarına əməl etdi. Bunun nəticəsində başqa ölkələrlə müqayisədə ölkəmizdə yoluxma səviyyəsi çox aşağıdır".
TƏBİB təmsilçisi Yaqut Qarayeva əlavə edib ki, bu gün 1292 nəfər aktiv koronavirus xəstəsi xüsusi karantin xəstəxanalarında müalicə alır.