20 May 2020 12:57
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə ərazisində koronavirusun (COVID-19) geniş yayılma təhlükəsinin qarşısının alınması məqsədilə ölkə başçısı cənab İlham Əliyevin göstərişi əsasında kompleks effektli tədbirlər həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tədbirlər çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, nazirlik koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

Məlumat verildiyi kimi, mart ayının 28-dən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə dezinfeksiya tədbirləri yerinə yetirilir, mütəmadi olaraq müxtəlif məkanlar xüsusi məhlulla dezinfeksiya edilir.

Dezinfeksiya işlərinin davam etdirilməsi nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər