Hamı bilir ki, bütün əhalinin virus testindən keçirilməsi reallıqdan kənardır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
O bildirib ki, insanlar öz məsuliyyətlərini dərk etməli və istifadə etdikləri əşyaları izolyasiya edərək kütləvi istifadə yerlərinə atmalıdır: "Çünki gələcəkdə həmin tullantıların fəsadları daha böyük olacaq".