29 May 2020 18:41
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikasına hava uçuşları 8 iyun tarixindən bərpa olunacaq.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Bu istiqamətdə işlər görülüb. Bütün uçuşlar metodiki göstərişlər əsasında həyata keçiriləcək".

TƏBİB sədri bildirib ki, beynəlxalq uçuşlar 15 iyunadək dayandırılıb: "Bu uçuşlarda sərnişin sayı azaldılacaq. Beynəlxalq qrafikdə tətbiq olunan təcrübələrdən biri də COVID-19 pasportunun tətbiqidir. Bu pasportda sağlamlıqla bağlı arayış yer alacaq. Pasportun tətbiqi müzakirə olunur və yaxın günlərdə bu barədə qərar veriləcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər