29 May 2020 19:19
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qapalı məkanlarda yoluxma ehtimalı böyükdür. İdman zalları da bu sıraya daxil olduğu üçün idman məşqlərinin yalnız açıq havada keçirilməsinə icazə verilir.

Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.

O əlavə edib ki, uşaq bağçalarının açılması gözlənilmir: "Dövlət qurumlarının rəhbərlərinə öhdəliklərində azyaşlı uşaq olan işçilərə iş yerində şərait yaradılması barədə tapşırıq verilmişdi. Hazırda bağçaların açılması müzakirə olunmur".

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı qeyd edib ki, uşaq bağçaları üçün metodiki göstərişlər hazırlanıb: "Gələcək günlərdə bu qaydalar təqdim olunacaq. Vətəndaşların iaşə obyektlərində qaydalara əməl etməmələrinə görə cərimələrin tətbiqi üçün Operativ Qərargaha müraciət edilib" .

Ramin Bayramlı bildirib ki, hazırda ölkə ərazisində epidemiyanın birinci dalğası müşahidə olunur: "Virusda baş verən mutasiyalardan asılı olaraq qış aylarında ikinci dalğa baş verə bilər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər