Bu gün Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçiriləcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, iclasda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin (birinci oxunuş) və “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi nəzərdə tutulur.
Müzakirələrdə deputatlar və sahə mütəxəssisləri iştirak edəcəklər.