4 Oktyabr 2014 17:15
1 395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda cəzaçəkmə müəssisələrində Qurban bayramı qeyd olunub.

Teleqraf.com-un xəbərinə görə, Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2, 6, və 17 saylı cəzaçəkmə müəssisələrində Qurban Bayramı münasibəti ilə bayram tədbirləri keçirilib.

Tədbirlər çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar, konsert proqramları və bayram süfrələri təşkil olunub.

Penitensiar xidmətin Baş idarəsinin məsul əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri bayram tədbirlərində iştirak ediblər.


Müəllif: