8 İyun 2020 18:44
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi xəbər portallarında “Bərdə Müalicə-Diaqnostika Mərkəzi” publik-hüquqi şəxsin direktoru Həsən Fərman oğlu Hüseynovun guya karantin rejiminin tələblərini pozduğu və tibb müəssisəsi daxilində kütləvi yoluxmalara yol verdiyi səbəbindən Tibbi ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən işdən azad olunduğu qeyd edilib.

Məsələ ilə bağlı TƏBİB-dən Teleqraf.com-a bildirilib ki, qeyd edilənlər həqiqəti əks etdirmir və direktor H.Hüseynov digər vəzifəyə keçirilməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib:

"Bir daha bütün kütləvi informasiya vasitələrinin nümayəndələrindən xəbər hazırlayarkən diqqətli olmalarını və rəsmi mövqe olmadan məlumatı ictimailəşdirməməyi xahiş edirik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər