Şair Şəhriyar Del Gerani koronavirusa yoluxub.
Teleqraf.com xəbər verir ki, şair bu barədə feysbuk hesabında yazıb:
"COVID-19 testim pozitiv çıxıb. Amma qəti şəkildə neqativə köklənmək olmaz. Allahdan gələn hər nə var, qəbulumdu. Canım üstə, gözüm üstə, ömrüm üstə yeri hər bəlanın, hər xəstəliyin, hər dərdin.
Allah hər şeyi görür və bilir. Duaların göy üzündə Allaha çatan yeri var, mən buna həmişə inanmışam, indi də inanıram. Hər şey yaxşı olacaq. Allah necə haqdı".