11 İyun 2020 09:09
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər zaman olduğu kimi koronavirus pandemiyası dövründə də polisin şücaətini, qətiyyətini, eyni zamanda, humanistliyini, sədaqətini gördük.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, hər kəs bir daha anladı ki, Azərbaycan polisi bu çətin günlərdə hər an insanların təhlükəsizliyinin və ölkənin sabitliyinin keşiyindədir: "COVID-19 kimi ümumbəşəri bəlanın tüğyan etdiyi bu günlərdə Azərbaycan polisi həyatını təhlükəyə ataraq yaşlı insanların qapısının zəngini çalır, onlara ərzaq yardımı çatdırır, digər həyati problemlərinin həllinə yardımçı olur".

Eldəniz Səlimov vurğulayıb ki, hazırda ölkəmizdə 8 minə qədər insan virusa yoluxub, 93 nəfər vəfat edib: "Amma buna baxmayaraq, dövlətimiz koronavirusla mübarizədə ciddi qabaqlayıcı tədbirlər görür. Lakin nəzərə almaq lazımdır ki, maskasız olan şəxs xəstədirsə, o, 100 nəfəri koronavirusa yoluxdura bilər. Məhz bu qədər təhlükəli bir zamanda həyatını təhlükəyə atan Azərbaycan polisi dövlətçiliyin keşiyində ayıq-sayıq durmaqla yanaşı, vətəndaşlara xidmət göstərməkdə də davam edir. Polislərimiz vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borcunu layiqincə yerinə yetirir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər