Bu həftə sərt karantin rejimində işləyən qurumların əməkdaşları şəxsi avtomobillərindən istifadə edə biləcəklər.
Teleqraf.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Operativ Qərargahın bu günükü brifinqdə deyib:
"Bu şəxslər avtomobillərinin dövlət qeydiyyat nömrə nişanını icazegov.az portalında qeydiyyatdan keçirməlidir. Lakin xahiş edirik ki, istisna olmayan hallar xaric icazəsi olmayan şəxsləri ailə üzvlərini avtomobillərində gəzdirməsinlər".
Kamran Əliyev əlavə edib ki, ev heyvanlarının gəzidirlməsi zamanı süni istifadə hallarına yol verilməsin:
"Gündəlik olaraq ölüm hallarının artması hər bir şəxsin öhdəliklərə əməl etməsinin vacibliyini göstərir. Hər kəsdən xahiş edirik ki, tələb olunan qaydalara çox ciddi riayət etsinlər. Tətbiq olunan sərt karantin rejiminə böyükdən kiçiyə hər kəs ciddi əməl etməlidir".