Milli Məclisdə COVID-19 infeksiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır. Bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında koronavirus testinin nəticəsi müsbət çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, testi pozitiv çıxan parlament əməkdaşları dərhal həkim nəzarətinə götürülüblər:
“Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin COVID-19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir”.