20 İyun 2020 12:12
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki həftəlik sərt karantin rejimi dövründə Bakı şəhərində sıxlıq ehtimal olunmur.

Teleqraf.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Nəzərə alaq ki, bir çox fəaliyyət yerləri bu müddətdə bağlı olacaq. Sıxlığın qarşısını almaq məqsədi ilə ictimai nəqliyyatın hərəkəti üçün bütün küçələrdə xüsusi zolaqlar yaratmaq mümkün deyil. Yoluxma halları riskini azaltmaq üçün vətəndaşlar maskalardan istifadə etsələr, daha yaxşı olar.

Müşahidələr göstərir ki, avtobusda olan sərnişinlərin yalnız 30-40 faizi maskadan istifadə edir. Polis bütün avtobuslara nəzarət edə bilməz. Hamı başa düşməlidir ki, daşıyıcı olub digər insanları yoluxdura bilər".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər