20 İyun 2020 12:37
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər bəzi dərmanların qıtlığı yaranıb.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:

"TƏBİB olaraq xəstəxanaları bütün dərmanlarla təmin edirik. Apteklər üçün dərman təminatı bizim öhdəliyimizdə olmasa da, sahibkarlara müraciət etmişik".

Yaqut Qarayeva əlavə edib ki, epidemioloji vəziyyət yaxşı olmadığı halda vətəndaşları müxtəlif kənd və rayonlara buraxa bilmərik: "Bu mexanizmlər tam şəkildə qəbul olunmadığı halda, bunu etmək mümkün deyil.

TƏBİB olaraq xaricdən gələn vətəndaşların karantində qalmasını və zəruri müalicəsi aparıldıqdan sonra evə buraxılmasını təmin edirik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər