Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransı keçirir.
Teleqraf.com xəbər verir ki, Məleykə Abbaszadə bildirib ki, gələn həftəyə nəzərdə tutulan imtahanların bəziləri təxirə salınıb, digər regional məktəblər, rayonlarda imtahan keçirilməsinə şərait yaradılıb.
Onun sözlərinə görə, bununla bağlı hökumətin razılığını alınıb.
M.Abbaszadə qeyd edib ki, bu gündən iyunun 24-25-də keçiriləcək imtahanlar üçün buraxılış vərəqəsini çap etmək mümkündür. O qeyd edib ki, bunlar 4 növ imtahanlardır:
“Hər bir rayona aid imtahanlar Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib. Binaların imtahana hazırlanmasında təhsil işçilərinin çox böyük rolu olub. Bizə yerli icra hakimiyyəti orqanları da köməklik göstərirlər. Biz maska ilə gəlməyi tələb edirik, indiki zamanda hər bir insan özünü də qorumalıdır, ətrafdakı insanların da. Bu vəziyyət təkcə virusun amansız olmasına deyil, həm də bəzi vətəndaşların qayda-qanuna əməl etməməsinə görə yaranıb. Həyat tərzimiz dəyişməlidir, maska taxmaq, sosial məsafə saxlamaq həyat tərzimiz olmalıdır”.