Milli Məclisin deputatları koronavirus üçün analiz verib. Bu gün analiz cavabları çıxmalı idi. Mən bir neçə deputat dostlarımızdan da soruşmuşam, nə mənə, nə də onlara test nəticəsi ilə bağlı zəng, mesaj gəlib. Onların arasından kimsə yoluxsa, birbaşa bizimlə əlaqə saxlayacaqlar.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O bildirib ki, bu, nəticələri gözlənilən üçüncü analizdir: "Biz iki dəfə COVID-19-dan analiz vermişik, bu, üçüncüdür. Əvvəlkilərdə də analizin cavabları ilə bağlı bizimlə əlaqə saxlanmayıb. Yəqin ki, nəticə pozitiv olsaydı, əlaqə saxlayardılar".
Qeyd edək ki, Milli Məclisin deputatı Sahib Alıyevin COVID-19 analizi pozitiv çıxmışdı və o, müalicə üçün xəstəxanaya yerləşdirilmişdi.
Bir neçə gün əvvəl isə digər deputatlardan analiz götürülüb. Rəsmi nəticələrin bu gün açıqlanacağı gözlənilir.