Əvvəllər yoluxanların ümumi sayı az olanda yüngül xəstələri də xəstəxanalarda müalicə edirdik. Lakin xəstəxanalarda yer azlığı müşahidə olunduğu üçün hazırda yüngül xəstələrin müalicəsi evdə aparılır.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:
"TƏBİB yalnız tibb müəssisələrinə nəzarət edə bilər. Biz yenə vətəndaşlara müraciət edirik. İnsanı aldatmaq olar, amma virusu aldatmaq mümkün deyil. Hazırkı statistika da bunu göstərir.
Qonşu ölkələrdə maskadan istifadə etməyənlərə böyük məbləğdə cərimələrin tətbiq olunduğuna şahidik".