Xaricdə doktoranturaya qəbul üçün ümumilikdə 67 namizəd müraciət edib, onlardan 45-i müsahibə mərhələsinə buraxılıb.
Teleqraf.ciom xəbər verir ki, bu sözləri “2019-2023-cü illərdə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən Müjdat Həsənov onlayn konfrans zamanı deyib.
Onun sözlərinə görə, imtahan prosesini Təhsil Nazirliyi Dövlət Neft Fondu ilə birgə həyata keçirir. Həmçinin seçimlərdə mütxəssislər də iştirak edir: “8 nəfər müsahibədən mənfi cavab alıb, 2 nəfər isə müsbət cavab alsa da, imtina edib. 34 nəfər yekunda qəbul olunub”.
O bildirib ki, qəbul olunanlar daha çox türkiyə universitetlərini seçiblər.