2 İyul 2020 15:28
1 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

TƏBİB AzTV-nin koronavirusdan dünyasını dəyişmiş əməkdaşı Samir Nemətzadənin 1 saylı Klinik Tibbi Mərkəzdəki vəziyyətlə bağlı yayılan səsyazısına münasibət açıqlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Teleqraf.com-a bildirib ki, ötən gün sosial şəbəkələrdə koronavirusdan dünyasını dəyişən Azərbaycan televiziyasının əməkdaşı Samir Nemətzadənin səsyazısı yayılıb:

“Samir Nemətzadə özəl klinikalardan birində müayinə olunduqdan sonra ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Daxil olarkən pasiyentin diaqnozu kəskin respirator xəstəliyi, ağır gedişli, ikitərəfli total pnevmoniya (“buzlu şüşə”), anemiya, splenomeqaliya, kəskin ağciyər-ürək çatışmazlığı olub.

Xəstəxanaya daxil olarkən reanimasiyaya yerləşdirilən Samir Nemətzadə süni tənəffüs cihazına qoşulub, lakin göstərilən səylərə baxmayaraq, 40 dəqiqə sonra bioloji ölüm baş verib”.

Qurum rəsmisi qeyd edib ki, pasiyent reanimasiya şöbəsinə yerləşdirildiyindən, həmin şöbədə su və sanitar qovşağın mövcud olmaması reanimasiya şöbəsinin şərtlərinə uyğundur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər