Koronavirusdan dünyasını dəyişən AzTV-nin Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Babayev dəfn olunub.
Teleqraf.com xəbər verir ki, Etibar Babayevin həyat yoldaşı Səyyarə Babayeva dövlət televiziyasına açıqlamasında mərhumun iki gün ev şəraitində müalicə aldığını bildirib.
"İki gün evdə idi, bir az müalicə aldı. Sonra gördüm ki, qızdırması yoxdur, artıq 37,1 dərəcə idi, amma təngnəfəs idi. Bununla bağlı həkimə müraciət etdim, məsləhət görüldü ki, ağciyərlərin kompüter tomoqrafiyası edilsin. KT-dən sonra bu diaqnoz çıxdı", - deyə Etibar Babayevin xanımı bildirib.