Paytaxtın Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şösesində “Aysberq” otelinin xüsusi karantin rejim qaydalarını pozaraq fəaliyyət göstərməsi barədə sosial şəbəkələrdə yayılan görüntülər Bakı şəhər Baş Polis İdarəsində araşdırılıb.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindın qeyd olunan otelə baxış keçilib, qadağan olunan xidmət sahələri – idman, hovuz, restoranın fəaliyyət göstərmədiyi məlum olub.
Həmin fotoşəkillərin 2017-ci ildə çəkildiyi üzə çıxıb.