8 İyul 2020 14:55
1 508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Hərbi Prokurorluğuna yeni şöbə müdirləri təyin edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Baş prokurorun əmrləri ilə, ədliyyə polkovniki Rövşən Əfəndiyev Respublika Hərbi Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə Hərbi Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Nihad Şıxəliyev isə sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.


Müəllif: Hacı Zeynalov