10 İyul 2020 13:14
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Böyük Şor gölündə yaranmış ekoloji problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi işləri davam etdirilir.

Teleqraf.com-un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin müvafiq texnikası gölün təmizlənməsi işlərini həyata keçirir. Artıq gölün çirkab qatının toplandığı hissəsi bon çəpəri ilə məhdudlaşdırılıb. Əraziyə toplanmış çirkab maddələr yığılaraq ərazidən kənarlaşdırılır.

Ümumilikdə Xidmət tərəfindən gölün çirkab qatının toplandığı hissəsinin əksəriyyətitəmizlənib. Gölün yaxın günlərdə tam olaraq çirkabdan təmizlənməsi nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər