Yoluxma sayı ilə sağalma artıq eyniləşir.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Biz müəyyən sabitləşməyə nail ola bilmişik. Bu, vətəndaşların qaydalara riayət etməsi nəticəsində baş verib. Biz bunu ictimai nəqliyyatda, marketlərdə də görürük. Qaydalara riayət edərək xəstəliyə qalib gələ bilərik".
Yaqut Qarayeva qeyd edib ki, xəstəliyin profilaktikası olmadığı üçün mübarizə üsulu yalnız karantin qaydalarıdır: "Bu səbəblə rayonlara gediş-gəliş bərpa olunduğu zaman virusun yayılması arta bilər. Bu, virusun olmadığı rayonlarda yoluxma hallarına səbəb olacaq".
Onun sözlərinə görə, təəssüf ki, həkim və tibb işçiləri arasında yoluxma halları müşahidə olunur: "Həkimlərimizə dəstək olmaq üçün xaricdən mütəxəssis gətirildi. Bu işdə kömək etdiyi üçün xüsusilə Gilan Holding, Paşa Holding və Beynəlxalq Banka təşəkkür edirik".