Massaçusets Texnologiya İnstitutunun alimləri müəyyənləşdirib ki, insanın koronavirusa yoluxmasını onun səsi ilə təyin etmək mümkündür.
Teleqraf.com Publika.az -a istinadən xəbər verir ki, tədqiqatların nəticələri “IEEE Open Journal of Engineering in Medicine and Biology” jurnalında dərc edilib.
Alimlər məşhurların səslərini asimptomatik də daxil olmaqla, koronavirus aşkar edilməzdən əvvəl öyrəniblər. Nəticədə xəstəliyin səsə və nitqə təsir etdiyi məlum olub.
Məqalədə qeyd olunur ki, koronavirus səbəbindən səs siqnallarının sayı xeyli azalır. Bu, öz növbəsində, nəfəs alma ilə əlaqəlidir və səsin xüsusiyyətlərində özünü göstərir. Alimlərin fikrincə, bu, nəfəs aparatından bağlı olma ilə əlaqədardır. Şübhəsiz ki, bu da insanın necə danışacağına təsir edəcək.