11 İyul 2020 22:37
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 11-nə olan statistik göstəriciləri açıqlayıb.

Teleqraf.com xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 8 045 test aparıldığı bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 560 356 test aparılıb. Onlardan 23 521-nün cavabı pozitiv çıxıb. İndiyədək 298 nəfər COVID-19-dan dünyasını dəyişib, 14 607 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 8 616 nəfərdir. 339 nəfər reanimasiyada, 49 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 531 yoluxma faktı qeydə alınıb, 6 nəfər dünyasını dəyişib, 514 pasiyent sağalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər