"Yeni klinika"da koronavirusdan müalicə olunan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun Nəzəri Dilçilik şöbəsinin müdiri, elmlər doktoru, professor İdris Abbasov və onun həyat yoldaşı Elnurə Abbasova bu gün evə buraxılıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə tənqidçi Əsəd Cahangir bildirib.
Qeyd edək ki, koronavirusa yoluxan İ.Abbasov və həyat yoldaşı E.Abbasova iyulun 6-da xəstəxanaya yerləşdirilib.