14 İyul 2020 22:43
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı sakinləri şəhid polkovnik İlqar Mirzəyevin cənazəsini qarşılamaq üçün yürüş ediblər.

Teleqraf.com xəbər verir ki, Xətai və Nizami rayonunda yüzlərlə insan bir neçə küçə boyunca yürüş edərək "Şəhidlər ölməz, vətən bölünməz" şüarını səsləndiriblər.

Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun hərbçiləri qəhrəmancasına şəhid olub


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər