Bu gün iyul ayının 18-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxdakı əsas küçə və prospektlərdə, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və Daxili İşlər Nazirliyinin 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə 8-ci dəfə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezindeksiya işləri aparılıb.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Teleqraf.com-a bildirilib ki, saat 18-00-a kimi davam edən tədbir zamanı şəhərin mərkəzi və paytaxtın kənar rayonlardaümunilikdə 546 küçə xüsusi kimyəvi maddələrlə dezinfeksiya edilib.
Qeyd olunmalıdır ki, əgər gücləndirilmiş dezinfeksiya işlərinin ilk vaxtlarinda gün ərzində 250 küçə dezinfeksiya edilirdisə, artıq kommunal xidmətlərin işinin təkmilləşməsi və Daxili İşlər Nazirliyi əməkdaşlarının səyi nəticəsində bu rəqəm ikiqat artmışdır.
Görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq davam etdiriləcəkdir.