Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti MDB iştirakçısı olan ölkələrin Ali Audit Qurumlarının (AAQ) rəhbərləri Şurasının Kişinyov şəhərində keçirilmiş XIV sessiyasının işində iştirak edib.
Sessiyada əsas müzakirə mövzusu dövlət satınalmalarına ayrılmış büdcə vəsaitlərinin istifadəsinin səmərəliliyinin auditi olub. Toplantıda AAQ rəhbərləri, o cümlədən Azərbaycanın Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun dövlət satınalmalarına ayrılmış büdcə vəsaitlərinin istifadəsinin səmərəliliyi üzrə çıxış edib. Şuraya Sədrlik edən Qazaxıstan AAQ-ı və katiblik olaraq Rusiya Federasiyası Hesablama Palatasının ötən illər ərzində Şuranın fəaliyyəti barədə hesabatı, eyni zamanda Əsas Milli Göstəricilər üzrə ekspert qrupunun və dövlət maliyyə nəzarəti (auditi) sahəsində standartların hazırlanması üzrə Işçi Qrupunun hesabatı da dinlənilib.
Yekun olaraq, “Dövlət satınalmalarına ayrılmış büdcə vəsaitlərinin istifadəsinin səmərəliliyi” üzrə qətnamə və qərar qəbul edilib, həmçinin cari və növbəti sessiyalar zamanı MDB iştirakçısı olan dövlətlərin AAQ-nın rəhbərləri Şurasının iş planı təsdiq olunub.
Sessiya işini tamamladıqdan sonra Moldova Respublikası Hesablama Palatası arasında ikitərəfli əməkdaşlığa dair saziş imzalanıb. Bununla da, Azərbaycan Hesablama Palatasının Moldova Hesablama Palatası da daxil olmaqla Rusiya Hesablama Palatası, Gürcüstan Nəzarət Palatası, İran İslam Respublikası Ali Audit Məhkəməsi, Pakistan İslam Respublikası Baş Auditor Ofisi, Türkiyə Cümhuriyyəti Sayıştay Başkanlığı, Küveyt Dövləti Auditor Bürosu, Qazaxıstanın respublika büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsi, Ukraynanın Hesablama Palatası, Belarus Respublikası Dövlət Nəzarət Komitəsi ilə imzaladığı əməkdaşlıq haqqında saziş və memorandumların sayı ona çatıb.
Naibə