23 İyul 2020 16:40
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 347 yeni yoluxma faktı qeydə alınıb, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 28 min 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 20 min 974 nəfər müalicə olunaraq sağalıb, 391 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 615 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 829, ötən müddət ərzində isə 658 782 test aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər