31 İyul 2020 15:51
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Proqnozlar sadəcə təxminidir, nə isə demək düzgün olmaz.

Teleqraf.com xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı ÜST-ün missiyasının yekunlarına dair keçirilən onlayn mətbuat konfransında deyib.

"Martın əvvəlində karantin rejimi müxtəlif mərhələlərdən keçərək tətbiq olundu. May ayında yumşalmalara görə yoluxmaların sayı artdı. Son zamanlarda, iyunun sonunda stabilləşmə, iyul ayında isə azalma müşahidə edirik. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Bundan sonra bütün dövlətlər, alimlər yeni xəstəliklə mübarizə aparır. Əgər hökumət tədbirləri yumşaltsa, yoluxma hallarında artım olmasa, bu, normal həyata qayıtma şansımızın olması deməkdir.

Amma normal həyata qayıtmaq üçün əlimizdən gələn hər şeyi etməliyik. Əgər yoluxma hallarında artım olmasa, gələcəkdəki tədbirlər daha yumşaq ola bilər. Operativ Qərargahın növbəti tədbirləri haqqında indidən proqnoz verə bilmərəm", - deyə Harmancı qeyd edib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər