4 Avqust 2020 11:16
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin çəkdikləri “Evə gedən yol” filmi ideyasına görə plagiatdır. Təxminən 10 il bundan əvvəl bir yəhudi müəllifi “2050” adlı bir kitab yazıb. Həmin kitabda 2050-ci ildə dünyanın necə olacağı təsvir edilir. Türk dünyası ilə bağlı müəllif qeyd edir ki, Türkiyə qüdrətli bir dövlətə çeviriləcək və digərləri onunla hesablaşacaq. Deməli erməni müəlliflərinin məlum filmi ideyası yəhudi müəllifindən oğurlanıb və bizə, türklərə qarşı yönəlib.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, bu, saxtakarlıqdan başqa bir şey deyil.

Deputat qeyd edib ki, Cənubi Qafqazda Ermənistan adlı bir dövlət heç zaman olmayıb: “Ermənilərin ümumiyyətlə vətəni yoxdur və onlar qaraçı kimi yaşayıblar. Bununla bağlı görkəmli ictimai xadimlərin, alimlərin fikirləri var. Onlar yalnız müəyyən dövrlərdə indiki Türkiyə ərazisinə - Şərqi Anadoluya gəliblər. Oradan da Qafqaza, türk-azərbaycanlı, gürcü torpaqlarına çarizm tərəfindən yerləşdiriliblər”.

Musa Qasımlı vurğulayıb ki, 1918-20-ci illərdə türk, Azərbaycan torpaqlarında qurulan Ermənistanın siyasəti terror, irqçilik və şovinizm olub.

Deputat erməni ünsürünü bir xalq olaraq həmişə kilsənin təmsil etdiyini söyləyib: “Onların milli kimliyi kilsələrlə bağlı olub. Yalnız terror təşkilatları onları bir yerə toplayıb və ermənilərin milli kimliyi əmələ gəlib. Ona görə də, erməni ünsürünün təməlində terror, irqçilik və şovinizm dayanır”.

Millət vəkili 1920-ci ilin noyabrında Ermənistan sovetləşdirilsə də, erməni komunistlərinin daşnak siyasətini başqa formalarla şəraitə uyğun davam etdirdiklərini xüsusi vurğulayıb.

O qeyd edib ki, daşnak Ermənistanında bütün digər xalqların nümayəndələri qovulmuş və deportasiya edilmişdi: “Sovet dövründə də Ermənistanda digər xalqların nümayəndələri sıxışdırılıblar. Onun ən zirvə nöqtəsi 1988-ci ildən 250 minə yaxın azərbaycanlının tarixi torpaqlarından qovulması olub. Bu gün Ermənistan Respublikası deyilən bir ölkə daşnak Ermənistanı siyasətini davam etdirir. Bu dövlətin siyasəti terrora, irqçiliyə, nasizmə əsaslanır. Bu gün Ermənistan mono-etnik bir ölkədir, antisemitizmin tüğyan etdiyi ölkələr cərgəsində gedir. Yəhudilər əleyhinə güclü bir siyasət yürüdülür. Eyni zamanda Ermənistanda yezidi kürdlər sıxışdırılır və hüquqları pozulur”.

Musa Qasımlı əlavə edib ki, bütün bunlarla bərabər Ermənistan özünün mövcudiyyətinə görə borclu olduğu rusları da sıxışdırır.

O bildirib ki, hazırda Ermənistanda rus dili tamamilə sıxışdırılmış vəziyyətdədir: “Artıq bununla bağlı qanun qəbul edilib, ruslar Ermənistandan köçüb gediblər. Ermənistan və ermənilər Rusiyaya, rus xalqına nifrət edirlər. Onların kürəyinə arxadan bıçaq sancmağa hazırdırlar”.

Qeyd edək ki, 2005-2008-ci illərdə Ermənistanın Milli Kino Mərkəzi tərəfindən hazırlanmış “Evə gedən yol” cizgi filmi Ermənistanın dövlət televiziya kanalında göstərilir. Filmdə 2050-ci ildə Ermənistan ərazisinin Gürcüstan, İran, Türkiyə və Azərbaycan torpaqları hesabına necə genişləndiyindən və bir qrup məktəblinin “düşməndən azad olunmuş” həmin ərazilərə səyahətindən bəhs edilir.

Bu film vasitəsilə həm Ermənistan daxilində, həm erməni diasporunda ermənilərə uşaqlıqdan qonşu xalqlar qarşı nifrət və işğalçı ruhunda böyüdürlər. Uşaqlara “Böyük Ermənistan” xülyası təlqin edilir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər