8 Avqust 2020 12:14
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya dövründə aztəminatlı, ən ehtiyaclı qrupuna yardım olunması üçün 190 manat birdəfəlik müavinət təyin olundu.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Prezidentin köməkçisi 190 manatlıq birdəfəlik yardım verilən və pulu çıxarmadığı üçün kartı bloklanan şəxslərdən danışıb: "Biz ehtimal edirdik ki, bu insanlara 190 manat çox vacib olunduğu üçün onlar bu puldan istifadə edəcəklər. Lakin bəzi insanlar onlara verilən kartlardakı vəsaitdən istifadə etmədilər. Bir ay ərzində 190 manatın 1 manatı da istifadə olunmayıbsa, deməli, ehtiyacı yoxdur. Əgər onlar bu vəsaitdən istifadə etmirlərsə, ehtiyacları olmadığının göstəricisidir. Dövlət bu vəsaiti məhz ehtiyacı olan şəxslərə verməlidir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər