13 Avqust 2020 17:26
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəyə gətirilən yeni taksilərdən 10-u artıq istifadəyə verilib.

Bu barədə Teleqraf.com-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova bildirib. Onun sözlərinə görə, yeni taksilər bu gün Heydər Əliyev Bəynəlxalq Hava Limanında vətəndaşların isitfadəsinə verilib: “Xüsusən, vurğulamaq istəyirəm ki, İngiltərədən gələn bu taksilər sərnişindən sürücüyə, sürücüdən sərnişinə koronavirusun keçməsinin qarşısını alan detallarla təchiz olunub. Bu detallar hissə-hissə olmaqla bütün taksilərə yerləşdirilir”.

G.Gözəlova əlavə edib ki, ölkəyə gətirilən 100 ədəd yeni London taksisi Bakı ərazisində xidmət göstərəcək: “Daha önəmli cəhətlərdən biri də ondan ibarət olacaq ki, bu avtomobillər həm ev şəraitində, həm də xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin oluna biləcəklər".

Qeyd edək ki, smart konfiqurasiyalı avtomobil 130 kilometrə qədər sırf elektriklə çalışır, sonra rejimin dəyişməsi mümkündür. Bu isə ətraf mühitə və ekologiyaya ziyanın sıfıra endirilməsi deməkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər