15 Avqust 2020 11:20
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

6 iyul tarixinə qədər Bakıda 1800-1900-ə qədər avtobus fəaliyyət göstərirdi ki, xəttə əlavə 100 avtobus da əlavə edilib.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Eyni zamanda Bakı kəndlərindən vətəndaşların daşınması üçün əlavə avtobuslar ayrıldı. Yaxın zamanda avtobusların sayı yenidən artırılacaq", - deyə o bildirib.

Hikmət Hacıyev əlavə edib ki, hazırkı dövrdə çimərliklərdə sıxlıq müşahidə olunmur: "Bakı şəhəri İcra Hakimiyyəti və digər aidiyyəti qurumların aktiv monitorinqləri nəticəsində vətəndaşların təhlükəsiz istirahəti həyata keçirilir.

Çimərlik.az saytına 40 minə yaxın vətəndaş müraciət edib".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər