20 Avqust 2020 23:35
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahibkarlıq subyektlərində zəruri qayda və tələblərə əməl olunmasına nəzarət monitorinqləri davam etdirilir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, karantin rejiminin müvafiq qayda və tələblərinə əməl edilməsinə nəzarət məqsədilə avqustun 18-19-da keçirilən nəzarət tədbirləri zamanı Sabunçu rayonunda “Rahib Restoranı”nda, “Abşeron Market”də, “Rəhman Market”də, Binəqədi rayonunda “Maseyra Mebel Salonu”nda, “Nur Kosmetika Salonu”nda, Nərimanov rayonunda “Baseus Telefon Dükanı”nda, “Buta market”də, “Özsüt Atatürk” restoranında, “Okean Pub”da, “Faceup Beauty” gözəllik salonunda, “Selay” gözəllik salonunda, Suraxanı rayonunda “Nə alsan 10 Manat” mağazasında, “Xəyal Kafe”də, “Ləvəngi Restoranı”nda, Səbail rayonunda “Floor Kafe”də, “Cız Bız Restoran”da, “Tadım Dönər”də, “Taksim Kebab”da, “Delfin Kafe”də, “Namlı Kabab”da, Nəsimi rayonunda “Kolarit Kafe”də, “Şaurma 1”də, “Görüş kafesi”ndə, “Pakdad Restoran”da, Xətai rayonunda “ERA Market”də, “Amore Geyim” mağazasında, “Xan Çinar Restoranı”nda, “Ömər Optika” aptekində, “Vita Aptek”də, Suraxanı rayonunda “Oba Market”də, Nizami rayonunda “Sarina geyim mağazası”nda, “Asmen Kişi Geyimləri” mağazasında, “Woodpecker Mebel Salonu”nda, “Cook House”, “Evrolux mağazası”, “Eyfel mebel mağazası”, “Lizza mebel mağazası”, “Massimo mebel mağazası”, “Vega mebel”, “Elmir Market” pərakəndə ticarət obyektlərində, “Zeytun aptek”də, Qaradağ rayonunda “Al Market”də, “101 market”də, “Kafe Sahil”də, Əbilağa Məlikova məxsus aptekdə, Elməddin Təhməzliyə məxsus mağazada, Yasamal rayonunda Elvin Tağıyevə məxsus “Şərab Evi”ndə, “Buta Farm” MMC-yə məxsus “Aptek”də, ümumilikdə, monitorinq aparılmış 4441 obyektin 326-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş vergiödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər